Bakı limanı ilə daşınan yüklərin həcmi açıqlanıb

2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4,4 mln. ton təşkil edib. Limandan Avtosfer.az-a verilən məlumata görə, ümumi yük daşımanın (neft terminalı xaric) həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb və yük mübadiləsinin 85,7%-i tranzit yük daşımaların payına düşüb.
Ötən il dəmiryolu və sərnişin daşınmasında, həmçinin təkərli texnikanın, xüsusən də iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında da artım qeydə alınıb. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 26,4% artaraq 46 679 ədədə çatıb. Vaqonların 19 493 (41,8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 124 vaqon (13,1%) Bakı-Aktau-Bakı istiqamətində, 21 062 vaqon (45,1%) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurik Limanı (Bakı-Kurik-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41,4% artaraq 33 129 nəfər təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21,4% artaraq 28 584 ədəd olub. Bunlardan 18 840 ədədi (65,9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 9 716 ədədi (34,0%) Bakı-Aktau-Bakı istiqamətində, 28 ədədi (0,1%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.
Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 337 ədəd təşkil edib. Bunlardan 8447 TEU (55%) Qazaxıstan limanları, 6 890 TEU (45%) isə Türkmənbaşı limanının payına düşüb. Ümumi yükaşırmada 67,8% və ya 10 397 TEU yeni Bakı Limanın Bərə terminalı, 32,2% və ya 4940 TEU isə Bakı şəhərinin mərkəzində yerləşən Əsas yük terminalı vasitəsi ilə daşınıb.
Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44,6% artaraq 607,7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər quru yüklərin payına düşüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












