Bakı limanında Türkiyə vətəndaşlarından pul alınıb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində özünü Türkiyə Respublikasının vətəndaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən çəkilən və ölkəmizin gömrük orqanlarına qarşı iddiaların yer aldığı video yayımlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, videoda həmin şəxslər gömrük-sərhəd keçid məntəqələrindən birində onlardan qanunsuz ödənişlərin tələb olunduğunu və alınan vəsaitə görə qəbz verilmədiyini iddia edirlər. “Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı müəyyən olunub ki, həmin video Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisində qeydə alınıb. Lakin videonun qeydə alındığı və həmin şəxslərin ödəməni həyata keçirdikləri məkan limanın giriş qapısında, gömrük zonasının xaricindədir. Yəni hadisə gömrük zonasından kənarda baş verib. Onların ödədiklərini iddia etdikləri vəsaitlərin gömrük orqanlarına aidiyyəti yoxdur. Belə ki, limanda perron, körpü, gəmi və parklanma üçün göstərilən xidmətlərə görə alınan vəsait gömrük orqanlarının səlahiyyətinə aid deyil. Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma nəticəsində ölkə ərazisinə giriş-çıxış zamanı həmin şəxslərdən hər-hansı gömrük ödənişlərinin alınmadığı müəyyən edilib. Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə, sərhədkeçmə proseslərində motosikletlərdən ümumiyyətlə hər-hansı ödəniş tələb olunmur”, - Gömrük Komitəsinin məlumatında qeyd edilib.
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı










