Bakı limanında yük daşınması artır

Bu il Bakı limanında aşırılacaq yüklərin həcmində ciddi artım gözlənilir. Avtosfer.az xəbər verir ki, bunu Xəzər Avropa Klubu (Caspian European Club) çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov iş adamları ilə görüşü öncəsi bildirib.
"Ötən il dünyada qlobal maliyyə böhranı nəticəsində yükaşırmanın həcmində ciddi azalma müşahidə edilib. Bu il isə Bakı limanında yükaşırmanın həcmi 4 mln. tonu ötəcək. Gələcək ildə də artım tempi davam edəcək", - deyə T.Ziyadov qeyd edib.
Limanda tikinti işlərinin qrafikə uyğun həyata keçirildiyini deyən T.Ziyadovun sözlərinə görə, gələn ilin sonuna qədər birinci mərhələdə nəzərdə tutulan bütün işlər tamamlanacaq: "Limanda bərə terminalının tikintisi 2014-cü ildə yekunlaşıb. Növbəti mərhələdə böyük TİR-lərin daşınması üçün nəzərdə tutulan "ro-ro" tipli terminalın tikintisi bitəcək. Ümumilikdə, limanda tikinti işlərinin təxminən 70%-i tamamlanıb".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












