Bakı Limanında yükaşırmanın həcmi 44% artıb

Bu ilin 1-ci yarısında Bakı Limanında ümumi yükaşırmanın (neft məhsulları istisna olmaqla) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 43,5% artaraq 1,9 mln. ton təşkil edib.
Avtosfer.az “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir ki, yükaşırmanın 89%-i tranzit yüklərinin payına düşüb.
Hesabat dövründə Bakının Qaradağ rayonunda, Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2% artaraq 21 775 ədədə çatıb. Vaqonların 10 041-i (46,1%-i) Bakı-Türkmənbaşı-Bakı, 5 773-ü (26,5%-i) Bakı-Aktau-Bakı istiqamətində, 5 961-i (27,4%-i) isə bu ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə illik müqayisədə 50% artaraq 14 478 nəfər olub.
Eyni zamanda nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53,7% artaraq 16 204 ədəd təşkil edib. Bunlardan 10 154-ü (62,7%-i) Bakı-Türkmənbaşı-Bakı, 6 050-si (37,3%-i) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
2017-ci ilin I yarısında Bakıda yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 290 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər yüklərin payına düşüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













