Bakı Limanından konteynerlərin daşınması 73 faiz artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Limandan "Report"a daxil olan məlumata görə, ən böyük artım irihəcmli nəqliyyat vasitələrində (TİR), o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.
Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41% artaraq 3,25 mln. tona çatıb. Ümumi yükaşırmanın 86,8%-i tranzitin payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82% artıb.
Bi ilik ilk 9 ayında Bakı Limanı vasitəsilə 16 255 ədəd irihəcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,16 dəfə artım deməkdir. Bunların 9 323 ədədi (57,4%) Bakı-Aktau-Bakı, 6 932 ədədi (42,6%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Ötən ilin 9 ayı ilə müqayisədə konteynerlərin aşırılması 73% artaraq 13 859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79,8% artaraq 1,24 mln. ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13% artaraq 25 582 ədədə çatıb. Bunlardan 7 240 vaqon (28%) Bakı-Aktau-Bakı, 18 342 (72%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 17 011 nəfər olub.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı hesabat dövründə illik müqayisədə 7% artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlər və tikinti malların idxalının payına düşüb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












