Bakı məhəllələrində parkinq problemi- SAKİNLƏR NARAZIDIR - VİDEO

Sürücülərin gündəlik həyatının bir hissəsi olan parkinq problemi Bakının bir çox məhəlləsində gərginliyin yeni mənbəyinə çevrilib.
Avtosfer.az xəbər verir ki, sakinlər və sürücülər arasında yaranan bu ziddiyyət artıq yer tapmaq çətinliyindən daha dərin məsələləri ortaya çıxarıb.
Ölkədə "AzParking" sistemi şəhərdə parkinq mədəniyyətini formalaşdırmağı hədəfləsə də, yaşayış binalarının qarşısındakı vəziyyət fərqli bir mənzərə yaradıb. Bəzi vətəndaşların sosial şəbəkələrdə paylaşdığı videolara görə, rəsmi parkinq zonalarının yaradılmasından sonra bir çox nəqliyyat vasitələri məhəllə daxilində, binaların önündəki boş sahələrdən istifadə etməyə başlayıb. Bu isə həmin binaların sakinlərinin əsaslı narazılığına səbəb olur.
Sakinlər ya öz maşınlarına yer tapa bilmir, ya da binaların qarşısında nizamsız park edilmiş avtomobillər səbəbindən nəqliyyat vasitələrini çıxarmaqda ciddi çətinlik çəkirlər.
Məsələnin digər tərəfi isə bəzi sakinlərin yaranmış vəziyyətə qarşı özbaşına "həll yolları" tapmasıdır. Tanınmış radioaparıcı Tural Yusifovun (DJ Tural) sosial media hesabında paylaşdığı video bu problemin fərqli hal aldığnı göstərir. Aparıcı bildirir ki, Faiq Yusifov küçəsində bəzi bina sakinləri binaların önünü zəncirlə bağlayaraq digər vətəndaşların istifadəsinə qadağa qoyublar.
Yaranmış bu vəziyyət binaların qarşısındakı ictimai sahənin şəxsi mülkiyyət kimi qəbul edilməsinə cəhddir. Sakinlər bu yolla həmin ərazini öz nəqliyyat vasitələri üçün "zəbt edir" və bununla da, onsuz da az olan parkinq yerlərini başqaları üçün əlçatmaz edirlər.
Fidan
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Prezident Sülh Şurasının ilk iclasında iştirak edir - FOTOLAR
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu











