Bakı Metropoliteni 6 yaşlı sərnişinlərə sürpriz etdi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 15 sentyabr-Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu gün metronun "Elmlər Akademiyasının təmirdən sonra istifadəyə verilən əsas çıxışında bu münasibətlə tədbir keçirilib. Tədbirdə metropoliten işçiləri birinci sinifə qədəm qoyan şagirdləri qarşılayıb və onlara sürpriz hazırlayıb. Belə ki, metropoliten işçiləri "Elmlər Akademiyası" stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Suallar tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatı haqqında olub. Sualların cavabını tapan balaca sərnişinlərə metropoliten əməkdaşları hədiyyələr təqdim ediblər.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinini mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










