Bakı metropoliteni dekabrın 31-i gecə 55 min sərnişin daşıyıb

Bakı metropoliteni dekabrın 31-i gecə saat 23:00-dan yanvarın 1-i saat 01:30-dək 55 min sərnişin daşıyıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, həmin gün gündüz saatlarında metrodan az sərnişin istifadə etsə də, gecə saatlarında sərnişin çoxluğu müşahidə olunub: "Həmin gün Dənizkənarı Milli Parkda keçirilən atəşfəşanlıqla bağlı metro stansiyaları gecə saat 01:00-a qədər işləməli idi. Lakin sərnişinlər çox olduğundan gecə saat 01:30-a qədər stansiyalar sərnişin daşıyıb. Ümumilikdə, dekabrın 31-də gecə saat 23:00-dan sonra 55 min sərnişin daşınıb. Təkcə yanvarın 1-i gecə saat 01:00-dan 01:30-a qədər metro ilə 10 mindən çox sərnişin daşınıb".
N.Paşayev bildirib ki, ən çox sərnişin "İçəri şəhər" və "28 may" stansiyalarından daşınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












