Bakı Metropoliteni iki yeni tender keçirir

"Bakı Metropoliteni" QSC müxtəlif növ qaynaq çubuqlarının alınması üzrə açıq tender elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender bir lot üzrə keçirilir. Tenderdə iştirak haqqı 200 manat təşkil edir. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 may saat 18:00-dək, tender təklifi və bank təminatını isə 1 iyun saat 18:00-a kimi Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 2 iyun saat 15:00-da həmin ünvanda açılacaq. Bundan başqa, "Bakı Metropoliteni" QSC "B-2" və "B-3" stansiyaları arasında 2 saylı ventilyasiya tunelinin torpaq bərkitmə işlərinin alınması üzrə də açıq tender elan edib. Bir lot üzrə keçirilən tenderdə iştirak haqqı 250 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 may saat 18:00-dək, tender təklifi və bank təminatını isə 15 may saat 18:00-a kimi Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 may saat 15:00-da göstərilən ünvanda açılacaq.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










