Bakı Metropoliteni işçi axtarır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, vakansiya üzrə tələblər aşağıdakılardan ibarətdir:
- Əsas tələb: Qülləli kranı idarə etmə hüququnu təsdiq edən sənəd
- İş stajı: 3 ildən yuxarı
- Yaş: 25-45
- Hərbi mükəlləfiyyətli
Namizəd vəzifə üzrə bunları bilməlidir:
- Təyin edilmiş peşə təlimatına əsasən qülləli kranların təhlükəsiz istismar edilməsini;
- Kranların quruluşu və təhlükəsiz istismar qaydalarını, kran maşinistinin təlimatını və ilməkçilərin təlimatını;
- İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamağı, kranın əsas hissələrini vizual baxışdan keçirməyi, istiqamətləndirici və yük qaldırıcı kanatların vəziyyətini yoxlamağı;
- İlməkçi və ya işarəçi tərəfindən verilən işarəyə əsasən yüklərin qaldırılmasını, endirilməsini;
- Elektrotexnika və çilingər işini.
İş rejimi saat 08:00-dan 17:00-dək olacaq.
Maraqlanan şəxslər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qülləli kran maşinisti" peşəsininin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix martın 31-dir.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












