Bakı Metropoliteni işçilərinə bir aylıq təlim kursu keçir - FOTO

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin insan resursları şöbəsinin əməkdaşlarına əmək qanunvericiliyi və kadr işinin təşkilinə dair bir aylıq təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin trend-ə verdiyi məlumata görə, təlimin təşkil olunmasında məqsəd insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə yeniliklərin tətbiqidir.
Müəssisənin təlim-tədris mərkəzində “Əmək qanunvericiliyi və kadr işinin təşkili” mövzusunda 20 saatlıq praktiki təlimi bu sahə üzrə ixtisaslı mütəxəssis Rauf Məmmədov keçib. Təlimdə əmək qanunvericiliyi, BƏT konvensiyalarının Azərbaycan əmək qanunvericiliyində yeri, işçinin və işəgötürənin hüquq və vəzifələri, əmək qanunvericiliyinin pozulmasına görə cərimələr, kollektiv müqavilə, əmək müqaviləsi, intizam tənbehi və verilmə qaydası, şəxsi işlərin saxlanması və istifadə qaydaları, məşğulluq hesabatları, iş və istirahət vaxtı işçinin əmək haqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək haqqının hesablanması, insan resurslarına dair tələblərin müəyyənləşdirilməsi və insan resurslarının effektiv idarə olunması ilə bağlı digər mövzular müzakirə olunub.
İnsan resursları şöbəsinin təlimi müvəffəqiyyətlə bitirən əməkdaşlarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əməkdaşlarının peşəkarlığının artırılmasını daim diqqət mərkəzində saxlayır. Müəssisənin müxtəlif sahələrində çalışan əməkdaşları ilə yanaşı, kadr sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşə hazırlığının təkmilləşdirilməsi, o cümlədən iş təcrübəsinin yüksəldilməsi məqsədilə mütəmadi seminar və təlimlər təşkil olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI















