Bakı Metropoliteni keçirdiyi 3 tenderin davamından imtina edib

“Bakı Metropoliteni” QSC ötən il elan etdiyi və nəticələrini açıqladığı 3 tenderin davamından imtina edib. Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, söhbət 2016-cı il oktyabrın 11-də və 26-da elan edilmiş, dekarın 14-də isə nəticələri açıqlanmış işçilər üçün fərdi mühafizə vasitələrinin satın alınmasına dair tenderdən, avqustun 7-də və 19-da elan olunmuş, nəticələri sentyabrın 30-da açıqlanmış "Bənövşəyi xətt" üzrə şərti adı “B03” olan stansiya üçün 3 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderdən, eləcə də avqustun 17-də və 30-da elan edilmiş, oktyabrın 14-də nəticələri açıqlanmış adı çəkilən stansiya üçün tunel və güc ventilyatorlarının, dempferlərinin və onların aksesuarlarının alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderdən gedir. Hər 3 satınalma proseduruna xitam verilməsi şirkətin maliyyə imkanlarının məhdud olması ilə bağlıdır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












