"Bakı Metropoliteni" maşinistlərə kabinada siqaret çəkməyi qadağan edib - FOTO

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş qanunun icrası "Bakı Metropoliteni" QSC-də xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür. Bu barədə Avtosfer.az-a qurumun mətbuat xidmətindən məlumat evrilib. Məlumata görə, qanunun icrasına ciddi əməl olunması məqsədilə “Bakı Metropoliteni”nin müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib.
Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, “Bakı Metropoliteni”nin sədri müvafiq əmr imzalayıb.
Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilmişdi. 2012-ci il iyunun 29-da qəbul edilmiş "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunda qaydaya əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub.
Bununla belə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna uyğun olaraq, “Bakı Metropoliteni”nə məxsus inzibati binalarda və onların həyətlərində, hətta "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində olan açıq sahələrdə tütün məmulatlarından, o cümlədən qanunun tələblərinə müvafiq olaraq, ona bərabər tutulan yerlərdə siqaret və elektron siqaretdən istifadə qadağan olunub. Tütün məhsullarından yalnız razılaşdırılaraq xüsusi ayrılmış və müvafiq nişanı olan yerlərdə istifadə etməyə icazə verilir.
Bundan başqa, metropoliten stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında xüsusi ayrılmış və razılaşdırılmış yerlərdən başqa, hər hansısa xidməti sahədə, o cümlədən maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib.
"Bakı Metropoliteni" sədrinin əmrinə əsasən, bununla əlaqədar yerlərdə maarifləndirmə işləri aparılmalı, tövsiyələr verilməlidir. Əmrdə qanunun tələblərinə riayət olunması məqsədilə struktur rəhbərlərinə ciddi tədbirlərin görülməsi tapşırılıb və bunun üçün məsul qurumlar və şəxslər müəyyən edilib.
Xatırladaq ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qüvvəyə minib. Həmçinin həmin qanunun tətbiqi ilə əlaqədar ölkəd prezidenti İlham Əliyev 2017-ci il dekabrın 29-da fərman imzalayıb.
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO









