Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”

“Metropolitendə havalandırma ilə bağlı hansısa problem yoxdur”. Avtosfer.az xəbər verir ki, bu barədə modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib. O qeyd edib ki, son illərdə aparılan kompleks tədbirlər, alınan yeni avadanlıqlar nəticəsində stansiyalarda normal hava şəraiti təmin edilib:
“Söhbət pik saatlarda, xüsusilə qatarlarda olan havanın istiliyindən gedirsə, bu qatarlarımızda kondisioner sisteminin olmaması ilə bağlıdır. Qatarlarda təbii havalandırma var”.
Qurum rəsmisi qeyd edib ki, yay aylarında stansiyalarda hava bayırdakından daha sərin olur:
“Qayda var ki, bayırda havanın temperaturu 35 dərəcəni keçirsə, havalandırma şaxtaları vasitəsilə bayırdan havanın içəriyə vurulması qadağandır. Buna görə də ventilyatorlarımız içəridə havanın hərəkətini təmin edir. Ən əsası odur ki, içəridəki havaya ciddi nəzarət olunur. Yeni alınan cihazlarla ölçmələr aparılır və insan həyatı üçün təhlükə yarada biləcək hava mövcud deyil”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












