Bakı Metropoliteni üçün nəzərdə tutulan subsidiya 50% artırılıb

Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 45,0 mln. manat həcmində subsidiya ayrılacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.
Qeyd edək ki, parlamentdə müzakirə olunan büdcə layihəsində bu subsidiyanın məbləği ilkin olaraq 89 mln. manat qeyd olunub.
Bildirək ki, 2017-ci ilin dövlət büdcəsində “Bakı Metropoliteni” QSC-yə verilən subsidiya 30,0 mln. manat təşkil edib. Bu da 2018-ci ildə Cəmiyyətə ayrılan yardımın 50% artmasını göstərir.
Bundan başqa, 2018-ci ilin dövlət büdcəsində “Azərbaycan Hava Yolları” QSC-yə 10,0 mln. manat subsidiya verilməsi nəzərdə tutulub. Həmçinin, Bakı Nəqliyyat Agentliyinə 48,1 mln. manat, Dövlət Dəniz Adminstrasiyasına 4,472 mln. manatın ayrılması planlaşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












