Bakı Metropolitenində işə qəbul imtahanı keçirilib - FOTO

“Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb.
Qeyd edək ki, ilkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə qanunvericiliyə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq, imtahanda iştirak etməyib.
İşə qəbul imtahanını uğurla keçən namizədlər “Bakı Metropoliteni”ndə ilk dəfə olaraq psixoloji testdən keçib. Əlavə edək ki, xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolalayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir.

Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı










