Bakı metropoliteninin 50 illik yubileyilə bağlı keçirilən idman yarışları başa çatdı

Bakı metropoliteninin 50 illik yubileyi ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Nərimanov" elektrik deposunda avqustun 1-də start götürmüş idman yarışları başa çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, spartakiada 9 idman növü - mini-futbol, voleybol, stolüstü tennis, şahmat, dama, nərd, kəndirdartma, daşqaldırma, qol güləşi üzrə təşkil edilib. Final görüşündə depolar üzrə iş departmaentinin kollektivi hərəkətçilərə qalib gəlib. Depolar üzrə iş departamenti ümumi komanda hesabında da qalib gəlib. İkinci yerə işarəvermə və rabitə, üçüncüyə isə elektrik təchizatı xidmətlərinin komandaları çıxıb. Qaliblər diplom və mükafatlarla təltif olunacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












