Bakı metrosu 1 saata 25 mindən çox sərnişin daşıyıb - FOTO

Sentyabrın 27-də Bakıda keçirilən "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 25 mindən artıq sərnişin daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb: "Həmin gün gecə saat 22:00-23:00 radələrində, yəni bir saat ərzində stansiyalarla 25 mindən artıq sərnişin daşınıb. Platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb, müəyyən yerlərdə sərnişinlərin hərəkətinə müəyyən müddətə məhdudiyyətlər də qoyulub. Sərnişinlər mərhələ-mərhələ stansiyalara buraxılıb".
Qeyd edək ki, ötən gün Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Roma" qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”













