Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə “Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, “Qarabağ”ın oyunu zamanı sadəcə “Koroğlu” metro stansiyası deyil digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Həmçinin “Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün bir sıra tədbirlər görüləcək, şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər. N.Paşayevin sözlərinə görə, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq. Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunları zamanı da bu qayda tətbiq edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












