Bakı metrosu nə zaman yay rejiminə keçir? – RƏSMİ AÇIQLAMA

Bakı metrosu yay və qış rejimlərində işləyir. Bu rejimlər bir-birindən daha çox qatarlar arasındakı intervala görə fərqlənir. Yəni qış rejimində gur vaxtlarda səhər saat 7:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədər intervallar bəzi stansiyalar arasında iki dəqiqə ilə tənzimlənir. Yay rejimində isə səhərdən axşama qədər vahid interval, yəni 2 dəqiqədən çox interval tətbiq edilir. Yay rejiminə adətən tədris ilinin başa çatması və məzuniyyətlərin başlaması ilə keçilir. Bəzi illərdə iyun ayının ortası, bəzi illərdə isə iyul ayında yay hərəkət qrafiki tətbiq olunur.
Bəs bu il Bakı metrosu nə zaman yay rejiminə keçəcək?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən “Bizim.Media”ya bildirilib ki, işlər son mərhələsinə çatıb:
“Bakı Metropoliteni” QSC qatarların yay hərəkət qrafikinə keçidini planlaşdırır. Hazırda bu məsələ ətrafında işlər son mərhələdədir. Qrafik təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək” – deyə qurumdan qeyd edilib.
Kəmaləddin Heydərovun işdən çıxardığı şəxs xanımının yaxın qohumu imiş - FAKTLAR
Aİ-92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…
Səhhəti pisləşdi, vəzifədən getdi - Yeni təyinat
Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO
Trampın yeni hədəfi Afrikanın enerji mənbələridir? – Politoloq AÇIQLADI
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA











