Bakı metrosu tender keçirir

"Bakı Metropoliteni” QSC ofis üçün mal və avadanlığın alınması üzrə tender keçirir. Avtosfer.az xəbər verir ki, tender 4 lot üzrə keçirilir. İlk lot üzrə dəftərxana və ofis ləvazimatlarının alınması, II lot üzrə kartriclərin alınması, III lot üzrə printer təmiri, ehtiyat hissələrinin əvəz olunması, kartric dolumu servis xidmətlərinin alınması, IV lot üzrə isə kompüter avadanlıqlarınınn alınması nəzərdə tutulub. Tenderdə iştirak haqqı bütün lotlar üzrə 300 manatdır. Bu məbləğ heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün yazılı qaydada müraciət etməli, iştirak haqqının ödənilməsi barəsində bank sənədini, tender təklifi, onun 2%-i həcmində bank zəmanətini, son 1 ildə maliyyə vəziyyəti haqqında bank arayışını və fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürətini, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayışı, müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatlarını təqdim etməlidir.
Tender təklifi və bank zəmanəti istisna olunmaqla digər bütün sənədlər iyulun 27-dək, tender təklifi və bank zəmanəti isə avqustun 4-dək təqdim olunmalıdır. Təkliflərə avqustun 5-də Bakı Metropoliteninin baş ofisində baxılacaq.
Fidan
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












