Bakı metrosu yay qrafikinə keçir - YENİ QRAFİK

Bakı metrosu iyunun 22-dən yay qrafikinə keçir. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, yeni qrafikə əsasən qatarların hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq. Belə ki, qış qrafikində bunlar 30 cüt/saat qatarla idi.
Yay qrafikinə keçəndən sonra Həzi Aslanov - 28 may stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqəda, qeyri-pik saatlarda isə 3 dəqiqə, 28 may-İçərişəhər, 28 may-Dərnəgül arası interval isə müvafiq olaraq 5-6 dəqiqə olacaq.
N.Paşayev bildirib ki, qeyri iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: “Əvvəl Həzi Aslanovdan 1 saatda 30 qatar çıxırdısa, indi 24 qatar çıxacaq. Pik saatlarda qatar 2 dəqiqədən bir yola düşürdüsə, indi 2,5 dəqiqədən bir çıxacaq”.
"Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər tezdən və gecə saatlarında metro fərqli qrafiklə işləyir” – deyə, mətbuat xidmətinin rəhbəri əlavə edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












