Bakı metrosunda 22 yaşlı gənc relslərin üstünə tullanıb, qatarlar dayanıb

Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb. Metronun “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçmağa başlayıb. Yaranmış təhlükə ilə əlaqədar qatar yolunda gərginlik söndürülüb, polis əməkdaşları həmin şəxsin arxasında qaçıblar. Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, bu, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı APA-ya təsdiqləyib. Onun sözlərinə görə, gərginliyin söndürülməsi ilə əlaqədar metro xəttinin “Koroğlu” - “Həzi Aslanov” stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb. Metroda həyəcanlı anlar yaşadan 22 yaşlı Samir Aslanov Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib. Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub və terror ehtimalı istisna edilir. Faktla bağlı araşdırmalar davam edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












