Bakı metrosunda "bomj"un halı pisləşdi

Bakıda metroda sərnişinin halı pisləşib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə səhər saatlarında metronun "Elmlər Akademiyası" stansiyasında baş verib. Stansiyaya daxil olan sərnişinin platformada halı pisləşib. Daxili İşlər Nazirliyinin Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşlarının səyi nəticəsində halı pişləşən yaşlı sərnişinə ilkin yardım göstərilib və stansiyaya təcili yardım briqadası çağırılıb. Təcili yardım briqadası həmin şəxsə tibbi yardım göstərib. Məlum olub ki, halı pisləşən şəxs tüfeyli həyat tərzi keçirir və sərxoş vəziyyətdədir. Polis əməkdaşları həmin şəxsi səhhəti normallaşana qədər nəzarətdə saxlayıb. Vəziyyəti normallaşan şəxs stansiyadan uzaqlaşdırlıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının əməkdaşları Trend-ə açıqlamasında bildiriblər ki, halı pisləşən şəxs mütəmadi olaraq metro stansiyalarında, stansiyanın qarşısında sərxoş vəziyyətdə olur və briqada bir-neçə stansiyada ona tibbi yardım göstərib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












