Bakı metrosuna çəkiclə girərək cinsi azlıqları hədələyən şəxs yeni görüntülərini paylaşdı - YENİLƏNİB - VİDEO

Metroya çəkiclə ilə daxil olaraq insanları təhdid edən şəxs yeni videosunu paylaşıb.
O, kəsici aləti nümayiş etdirib və yenidən cinsi azlıqları hədələyib.
Həmin görüntüləri təqdim edirik:
***
Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda əlibaltalı gəzən şəxslə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkə üzərində yayılmış görüntü ilə əlaqədar araşdırma aparılır.
13:48
Bakı metrosunda əlibaltalı şəxs peyda olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.
O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
Həmin görüntüləri təqdim edirik:













