Bakı metrosunda həyəcanlı anlar - Qadın relslərin üstünə yıxıldı

Noyabrın 15-də səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relslərinin üzərinə yıxılıb. Avtosfer.az xəbər verir ki, Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hadisə səhər saat 08:18 radələrində baş verib: "1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxt relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist qatarı saxlayıb, qadını oradan çıxarıblar. Başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir". N.Paşayev bildirib ki, nəticədə "Xalqlar Dostluğu"-“Dərnəgül” istiqamətində qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb: "Hazırda intervalda yaranan problem aradan qaldırılıb və qatarların normal hərəkəti bərpa olunub".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












