Bakı metrosunda həyəcanlı anlar yaşandı

Bakı Metropoliteninin “Ulduz” stansiyasında tüstülənmə ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, sərnişin maşinistə “Ulduz” stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: “Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb". N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: “7 saylı qatar hərəkətini davam etdirir”.
22:08
Bir neçə saat əvvəl “Ulduz” metrostansiyasında həyəcanlı anlar yaşanıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yayıb. O bildirib ki, saat 20:07 radələrində 007 nömrəli qatarın 2-ci vaqonunda tüstülənmə hadisəsi baş verdi. Vaqondakı kondisonerdən başlayan səslərdən sonra vaqona bir neçə saniyə tüstü dolmağa başlayıb. Hadisə ilə əlaqədar sərnişinlər təxliyyə edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












