Bakı metrosunda insident: 3 gənc qatarı 4 dəqiqə saxladı - VİDEO

Ötən gecə Bakı metropoliteninin Koroğlu stansiyasında 3 gənc qatarın hərəkətinin dayandırılmasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin Oxu.az-a verdiyi məlumata görə, 3 gənc qatarda qadın sərnişinin yanında əyləşib. Xanım isə həmin gənclərin ona sataşdığını iddia edib. Məsələ böyüdüyündən polis hadisəyə müdaxilə edib. Polis gəncləri qatardan çıxarmaq istəsə də, gənclərin müqaviməti ilə qarşılaşıb. Sonradan polis gəncləri qatardan çıxarmağa müvəffəq olub. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.az-a bildirib ki, hadisə 23:15-də Həzi Aslanov–Dərnəgül xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib. “Qatarda olan 3 gəncin xanıma sataşdığı və buna görə mübahisə yarandığı güman olunur. Qatar Koroğlu stansiyasında saxlanılıb və həmin şəxslər polisə təhvil verilib”. Nəsimi Paşayev bildirib ki, qatarların hərəkətində 4 dəqiqə fasilə yaranıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












