Bakı metrosunda izdiham yaşandı: qatarlar gecikdi

Bu dəqiqələrdə Bakı Metropoliteninin stansiyalarındakı qatarların hərəkətində gecikmə baş verib. Avtosfer.az big.az-a istinadən bildirir ki, "28 May" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar 10 dəqiqəyə yaxın gecikib. Nəticədə metroda izdiham yaşanıb.
Bu barədə açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarın gecikməsinə səbəb nasazlıq olub:
""28 May" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda nasazlıq olduğundan 6-7 dəqiqə gecikmə qeydə alınıb. Bu təbii olaraq digər qatarların da ləngiməsinə təsir edib. Hazırda qatarların normal hərəkəti, interval bərpa edilib".
N.Paşayev onu da əlavə edib ki, metroda sərnişinlərin təhlükəsizliyinin tam təmin olunması üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır: "İndi metro stansiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Hər hansı hadisə, təxribatın baş verməməsi üçün polis gücləndirilmiş iş rejiminə keçib. Narahatlıq üçün heç bir əsas yoxdur".
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












