Bakı metrosunda maşinist qatar idarə edərkən öldü - YENİLƏNİB

“Bakı Metropoliteni” QSC maşinistin ölümü ilə bağlı hadisəyə münasibət bildirib.
Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım çağırılıb.
Qurum rəsmisi bildirib ki, aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:
“Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansı bir problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparırlar”.
09:16
Bakı metrosunda maşinist iş başında ölüb.
Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də təsərrüfat qatarını idarə edərkən 1958-ci il təvəllüdlü Aydın Kərimlinin qəfildən halı pisləşib və vəfat edib.
İlkin məlumata görə, hadisə dünən “Avtovağzal” metro stansiyasında baş verib.
Faktı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən təsdiq ediblər.
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










