Bakı metrosunda oğurluq anbaan kameraya düşdü – VİDEO

Sumqayıt şəhər sakini Kəmalə Əhmədova Bakı metropoliteninin 28 may stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, metropolitendə polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadına qarşı cibgirlik edən Ağdam rayon sakini Hacı Mehdiyev saxlanılıb. Kamera görüntülərindən də aydın olur ki, Kəmalə Əhmədovanın cibindəki mobil telefonu gördükdən sonra Hacı Mehdiyev onun arxasında dayanır və birgə qatara minərək, niyyətini həyata keçirir. Qapılar bağlanan anda cinayəti törədən şəxs qatarı tərk edir, daha sonra Cəfər Cabbarlı metro stansiyasına keçərək oradan Xətai metrostansiyasına gəlir və hadisə yerindən uzaqlaşır. Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












