Bakı metrosunda oğurluq: İki qız idilər... – VİDEO

Bakı metrosunda oğurluq hadisəsi baş verib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, metronun “28 May” stansiyası ərazisində Şəmkir rayon sakini Nigar Hacıyeva çantasından mobil telefon oğurlanması barəsində polisə şikayət ərizəsi ilə müraciət edib.
Hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli sakini əvvəllər qətl hadisəsinə görə məhkum olunmuş Seymur Ağayev saxlanılıb. İstintaq zamanı Seymurun “Gənclik” stansiyasında Bakı sakini Fəridə Cəfərlinin çantasından pul kisəsini oğurladığı da məlum olub.
S.Ağayev istintaqa ifadəsində metroya “Sahil” stansiyasından daxil olduğunu bildirib.
“İki qız idilər, birinin pul kisəsini, birinin də telefonunu oğurladım. Bir vətəndaşla mübahisə də etdik və polis əməkdaşları gəlib məni apardı”, - o deyib.
Faktlarla bağlı cinayət işi başlanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












