Bakı metrosunda psixoloji problem

Bakı metrosunda sərnişinlərin sıxlığı müşahidə olunur. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, 2 gündür Bakı metrosunda sərnişinlərin ciddi sıxlığı müşahidə olunur. Xüsusən də "Həzi Aslanov"-"Dərnəgül" və "Həzi Aslanov"-"İçərişəhər" istiqamətində metronun "Koroğlu", "Qara Qarayev", "Neftçilər" stansiyalarında platformalarda və qatarlarda sərnişinlər o qədər sıx olur ki, bəziləri qatara minmək üçün əks istiqamətli xətlə gedərək daha öncəki stansiyalarda qatarlara minməyə çalışırlar.
Bəzi sərnişinlərin bildirdiyinə görə, hətta qatarların tunellərdə 30-40 saniyə gözlədiyi vaxtlar da olur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, hazırda metroda heç bir problem yoxdur: "Qatarların hərəkət qrafikində heç bir problem yoxdur, heç bir texniki nasazlıq halı da baş verməyib. Sadəcə sərnişinlərin sıxlığı müşahidə olunur. Sərnişinlərin narazılığı isə daha çox psixoloji amillə bağlıdır. Belə ki, fevralın 16-dan etibarən ali məktəblərdə dərslər başlayıb və tələbələr dərsə getdiyindən sərnişinlərin sayı artıb. Yanvardan bəri metroda seyrəkliyə alışan digər sərnişinlərə isə bu problem kimi görünür. Əslində isə heç bir problem yoxdur".
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












