Banner

Bakı metrosunda qatarların qapısı niyə işləmir? - RƏSMİ CAVAB

Gündəm 18 İyul 2023 12:18 Oxunub 710
Bakı metrosunda qatarların qapısı niyə işləmir? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlərdə sosial şəbəkələrdə Bakı Metropolitenində qatarların qapısının gec açılması ilə bağlı görüntülər yayılıb.

Sözügedən götrüntülər insanlar arasında çoxsaylı müzakirələrə və narazılığa səbəb olub.

Məsələni aydınlaşdırmaq üçün “Bakı Metropoliteni” QSC-nə müraciət etdik.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, xətdə hərəkət edən qatarların birinin vaqonun qapılarında sinxronluq itib. 

Onun sözlərinə görə, bu da sərnişin müdaxiləsi nəticəsində baş verib:

“Qatar stansiyadan yola düşdükdən sonra növbəti stansiyalarda hər hansı bir problem yaranmayıb. Bununla belə, “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq dərhal xəttə ehtiyat qatar verilib. İnterval göstəriciləri pozulmadan, qatarlarına hərəkət qrafikinə hər hansı bir müdaxilə olmadan həmin qatar təkrar yoxlanmaq üçün depoya verilib. Qısa müddətdən sonra qatarda problem olmadığı müəyyən edilib və yenidən xəttə buraxılıb”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh