Bakı metrosunda qiymət bahalaşacaqmı? - RƏSMİ AÇIQLAMA

“Təbii ki, elektrik enerjisi tariflərinin artması metronun da xərclərinin artmasına səbəb olacaq”. Avtosfer.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Metroda bir sərnişinin daşınma xərcinin sərnişinin ödədiyi gediş haqqından artıq olduğunu xatırladan N.Paşayev deyib ki, buna baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq, hər il metronun xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən metroya dotasiya ayrılır: “Biz də bu dotasiya hesabına işimizi davam etdiririk. Hazırda da bu istiqamətdə hər hansı bir problem olmadığına görə fəaliyyətimiz normal qaydada davam edir. Yəni Tarif Şurasına metroda gediş haqlarının artırılması ilə bağlı heç bir müraciət etməmişik, hələ ki, belə bir qərar da yoxdur. Qiymətin artırılması ilə birbaşa Tarif Şurası məşğul olur, onlar buna qərar verir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












