Bakı metrosunda sərnişinlər üçün canlı konsert - VİDEO

Bu gün milli musiqi günüdür. Hansı ki, böyük bəstəkarı, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacibəylinin doğum günü ilə eyniləşdirilib. Artıq bir neçə gündür bununla bağlı silsilə tədbirlər keçirilsə də ən maraqlı və orjinal tədbirlərdən birini Bakı metropoliteni təşkil edib. Biri rəqs edir, biri telefonla çəkir. Digəri isə bu musiqlərdən zövq alaraq sakitcə dinləyir. Paytaxtın “Elmlər Akademiyası”, “28 May” və “İçərişəhər” stansiyasına daxil olan sərnişinlər xoş sürprizlə qarşılaşıb. Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyəti sərnişinlər üçün proqram təşkil edib. Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndirilib və 2 saat davam edib.
Fidan
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












