Bakı metrosunda soyğunçuluq edən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, B.Əliyev cinayət hadisəsini bu il yanvarın 25-də Bakı metrosunda törədib. İttihama əsasən, o, Bakı şəhər sakini Yaqut Dadaşovanın içərisində 33 manat, sənəd və mobil telefonu olan pul kisəsini soyğunçuluq yolu ilə alıb.
Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı Polis Bölməsi (PB) və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Astara rayon sakini B.Əliyev tutulub.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












