Bakı metrosunda Yeni il şənliyinə start verildi - FOTO

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişinlərə növbəti dəfə bayram əhvalı yaşadıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlərə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edib.
Tədbirə "İçərişəhər" metrostansiyasından start verilib. Şaxta baba və Qar qız bu stansiyaya "Bakmil"dən retro qatarla gəliblər. Şaxta baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.
Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, ilin son sosial layihələrini gerçəkləşdirib.
Yeni ilin gəlişi ilə bağlı artıq “Elmlər Akademiyası”, “28 May”, “Koroğlu”, “İçərişəhər”, həmçinin Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb və monitorlarda bayram təbrikləri yerləşdirilib. Bu dəfə də stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunub. Dekabrın 30, 31-i və yanvarın 1, 2-si sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təqdim olunacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















