Banner

Bakı metrosunun tarixində ilk: külli miqdarda pula qənaət - FOTO

Gündəm 30 Yanvar 2017 11:48 Oxunub 4792
Bakı metrosunun tarixində ilk: külli miqdarda pula qənaət - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qum şırnağı işə düşdü

Bakı metropolitenində yenilik. Avtosfer.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, "Bakı Metropoliteni" QSC-nin yaradılmasından sonra qatarların təmiri ən yüksək standartlar səviyyəsinə çatdırılıb. Əsaslı təmir üçün ölkə daxilində müvafiq zavod şəraiti olmadığından, 2013-2015-ci illərdə 5 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tiflis filialında əsaslı təmir edilib. İşin əhəmiyyətini nəzərə alaraq, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı ciddi addımlar atıb. 2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. 2015-ci ildə vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə başlanılıb. Nəhayət, işlərin üçüncü mərhələsindən vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib. Ümumilikdə, ötən dövr ərzində 18 qatar qum şırnağı ilə korroziyadan təmizlənərək, rənglənib. Onlardan 17-sinin vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirilib. Təmirə dayandırılmış son 9 qatarın salonu isə müasir LED işıqlanma sistemi ilə əvəzlənib. Bu isə öz növbəsində elektrik enerjisinin sərfinə qənaətdir. Növbəti irimiqyaslı uğur maşinist kabinasının ön hissəsinin yerli şəraitdə dəyişdirilməsidir. İlk nümunədə Tiflisdə təmir olunan vaqonların üslubu qorunsa da, daha sonra metropolitenin tərəfdaşları ilə işbirliyi şəraitində Bakı metropolitenində özünəməxsus baş vaqonun xarici görünüşünün - yeni ön hissənin tətbiqinə başlanılıb. Xüsusi materialdan hazırlanan ön hissə korrroziyaya və fiziki təsirlərə davamlı, yüngül, etibarlı və təhlükəsizdir. Həm də kabina indi maşinist üçün daha rahat və əlverişli idarəetmə şəraitinə malikdir, yeni tipli iri güzgülər maşinistin görmə dairəsini genişləndirib. Vaqonun alın hissəsində elektron informasiya sistemi quraşdırılıb. Ümumilikdə, artıq 8 qatarda maşinist kabinasının ön hissəsi dəyişdirilib. Qatarların ölkə xaricində deyil, məhz yerli şəraitdə əsaslı təmirinin təşkili külli miqdarda vəsaitə qənaətdir. Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitlə yanaşı, təmirin yerli tələblərə uyğun aparılması, keyfiyyətinin artırılması və xərclərin azaldılması əsaslı səmərə verib. Qeyd edək ki, yerinə yetirilən işlər daha 16 qatarın 3 saylı cari təmiri zamanı qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənməsinə də şərait yaradıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh