Bakı-Moskva aviareyslərinin sayı artırılır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından Moskva şəhərinin "Vnukovo" Hava Limanına hər gün iki reys yerinə yetiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" Hava Limanının baş direktoru Vasiliy Aleksandrov bu gün Moskvada imzalayıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş yerli vaxtla saat 08:00-da və 16:30-da, Moskvaya eniş saat 10:10-da və 18:40-da, "Vnukovo"dan uçuş yerli vaxtla saat 11:10-da və 19:40-da, Bakıya eniş yerli vaxtla saat 15:00-da və 23:30-da baş tutacaq.
Moskvaya reyslər "AZALJET" aşağı büdcəli brend altında "Airbus A319" laynerləri ilə həyata keçirilir.
Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın 4 şəhərinə müntəzəm reyslər həyata keçirir. Belə ki, "Vnukovo" Hava Limanı ilə yanaşı, "AZALJET" Moskvanın "Domodedovo" Hava Limanına, Sankt-Peterburq ("Pulkovo"), Minvodı və Kazana reyslər yerinə yetirir. Həmçinin, Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys yerinə yetirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












