Bakı-Moskva-Bakı istiqamətindəki reyslərdə heç bir gecikmə yoxdur

Rusiyanın paytaxtı Moskvada müşahidə edilən qeyri-sabit hava şəraiti (dolu yağması səbəbindən) Bakı-Moskva və Moskva-Bakı istiqamətində həyata keçirilən aviareyslərin qrafikinə təsir göstərməyib. Təyyarələrin hərəkətində də heç bir ləngimə və ya təxirəsalınma qeydə alınmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bu gün Moskvadan Bakıya ilk reys saat 04:11 radələrində çatıb, növbəti təyyarənin saat 14:20-də enəcəyi gözlənilir. Ümumilikdə, bu gün üçün Moskvadan Bakıya 7 aviareysin yerinə yetirilməsi nəzərdə tutulub və hələ ki, heç bir təxirəsalma yoxdur.
Qeyd edək ki, Bakı-Moskva-Bakı marşrutu ilə aviareyslər hər gün yerinə yetirilir.
Rusiyanın “TASS” agentliyinin yaydığı məlumata görə, qeyri-sabit hava şəraitinə görə, Moskvanın “Domodedovo”, “Vnukovo” və “Şeremetyevo” hava limanlarında 30 aviareys təxirə salınıb, daha 24 reysdə isə ləngimələr qeydə alınıb.
Belə ki, “Şeremetyevo”da 4 reys ləngiyir, 19-u isə təxirə salınıb. “Domodedovo”da 20 reys ləngiyir, 11 reys təxirə salınıb, “Vnukovo” hava limanında isə 1 reys təxirə salınıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












