Bakı-Naxçıvan aviareysi təxirə salınıb

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin bu gün saat 14:50-yə olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Avtosfer.az xəbər verir ki, bu barədə AZAL-dan verilən məlumata görə, bunun səbəbi “E190LR” təyyarəsi ilə həyata keçirilən J2 263/J2 6412 saylı reysə sərnişin azlığı ilə bağlıdır.
Eyni zamanda, QSC-nin bu gün saat 10:00-a olan J2 261 saylı reysi də təxirə salınıb. AZAL hər gün sözügedən istiqamətdə 6 reys həyata keçirir.
Qeyd edək ki, bu istiqamət üzrə Azərbaycan vətəndaşları (böyüklər) üçün birtərəfli biletin qiyməti 50 manat, ikitərəfli 100 manat, 2-12 yaşa kimi sərnişinlər üçün birtərəfli biletin qiyməti 40 manat, ikitərəfli 80 manat, 2 yaşına qədər sərnişinlərə isə ödənişsizdir.
Xarici vətəndaşlar (böyüklər) üçün birtərəfli biletin qiyməti 70 manat, ikitərəfli 140 manat, 2-12 yaş üçün birtərəfli 47 manat, ikitərəfli 94 manat, 2 yaşına qədər sərnişinlər üçün isə birtərəfli 7 manat, ikitərəfli biletin qiyməti isə 14 manat təşkil edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












