Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında tələblər qoydu

Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında tələblər qoyduBakı Nəqliyyat Agentliyi (BNA) daşıyıcılar qarşısında yeni tələblər qoyub. Bu barədə BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib. BNA rəsmisi bildirib ki, yeni tələblərə əsasən, daşıyıcılar ya nəqliyyat vasitələrini əsaslı təmir edib yeniləməli ya da yenisini almalıdırlar: “Artıq bu tələbə uyğun olaraq 1000-ə yaxın nəqliyyat vasitəsi əsaslı təmir edilib. Onların 700-ə yaxını bu ilin, qalanları isə ötən ilin payına düşür”.
M.Ağayevin sözlərinə görə, bütün daşıyıcıların kart sisteminə keçidi avtobus bazası tam yeniləndikdən sonra mərhələylə olacaq: “Hələlik 19 xətt üzrə 478 avtobus kart sistemi ilə fəaliyyət göstərir”.
Şöbə müdiri deyib ki, avtobuslarda normal havalandırma sisteminin təmin edilməsi üçün işlər davam etdirilir: “Avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməsi, normal havalandırma sisteminin təmin edilməsi istiqamətində işlərimiz davam edir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












