Bakı Nəqliyyat Agentliyi maarifləndirmə tədbirlərinə başlayıb

Paytaxtın nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb. Avtosfer.az xəbər verir ki, bu çərçivədə 28.03.2017 tarixində “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim təşkil ediləcək. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələrinə xüsusi hərəkət zolaqlarının əhəmiyyəti, onlardan istifadə qaydaları izah ediləcək. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq M.Füzuli küçəsində (Qış parkı boyunca) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, həmin zolaq müvafiq yol nişanları ilə təmin edilib.
Emin
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












