Bakı nəqliyyatında böyük dəyişiklik - RƏSMİ

Gündəm 21 İyun 2016 15:29 Oxunub 1826
Bakı nəqliyyatında böyük dəyişiklik - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qəsəbələrdən gələn marşrut xətlərinin istiqamətində də problemlər var"

İyul ayından nəqliyyatda bir çox dəyişikliklər olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərli Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, yeniliklər Bakı Nəqliyyat Agentliyinin hazırladığı yeni konsepsiyada əks olunub: “Bakı Nəqliyyat Agentliyinin işi sadəcə sərnişindaşıma deyil. Biz həm də işıqforların tənzimlənməsi, tıxacların idarə edilməsi, yeni işarələrin quraşdırılmasını da həyata keçiririk. İlk öncə qarşımızda duran məsələ müntəzəm sərnişindaşıma ilə bağlıdır. Çünki Bakı şəhərində nəqliyyat axını o qədər də uğurlu təhlil edilməyib. Hansı istiqamətdə sərnişin axınının daha güclü olması və buna uyğun nəqliyyat seçilməsi müəyyən edilməyib. Bizim hazırladğımız konsepsiyada məhz sərnişin axını nəzərə alınır. Bu axın müəyyən ediləndən sonra marşrutlar optimallaşdırılacaq, avtobus sayı az olan marşrut xətləri müəyyənləşdiriləcək. Təkcə mərkəz deyil, Bakının qəsəbələri ilə bağlı da çox işlər görüləcək”.

N.Allahyarovanın sözlərinə görə, bu gün nəqliyyatda ən çox problem qəsəbələrdən gələn avtobuslarla bağlıdır: “Mərkəzdəki avtobuslara müəyyən qədər sahibkar tərəfindən nəzarət edilir. Lakin qəsəbələrlə bağlı vəziyyət çox bərbaddır. Bununla bağlı da Bakı Nəqliyyat Agentliyi tərəfindən işçi qrupu yaradılıb. Həmin qrup müəyyən qəsəbələrdə avtobusların monitorinqini aparır. Bakı ətrafı qəsəbələrdə əsas problem avtobusların vəziyyətidir. Bu gün qəsəbələrdə hərəkət edən marşrut xətlərində çox sayda istismar müddəti bitmiş avtobuslar var. Onların əksəriyyətində avtobus daxili təmizlənmə, dezinfeksiya işləri uğurla həyata keçirilmir, qapılar açıq şəkildə idarə edilir. Bu problemlərin əsas səbəblərindən biri də sərnişin axınının düzgün müəyyən edilməməsi ilə bağlıdır.

Qəsəbələrdən gələn marşrut xətlərinin istiqamətində də problemlər var. Düzdür, dünyanın heç bir yerində sərnişin mənzil başına bir avtobusla çatmır. Lakin sərnişinlərin işini rahatlaşdırmaq üçün uyğun yollar taparaq qəsəbələrdən ən azı “28 May”, “Şah ismayıl Xətai”, “20 Yanvar” metrostansiyalarına qədər marşrut xətlərinin hərəkətini təmin etməyi planlaşdırırıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh