Bakı-Pirşağı-Sumqayıt dəmir yolu xəttinin təmiri davam edir

Bakı-Pirşağı-Sumqayıt marşruti ilə 29,2 km uzunluğunda dairəvi dəmir yolunun təmir işləri çərçivəsində bu gün Bakı sərnişin stansiyasında 400 metr uzunluğunda dəmir yolu və bir dəst yoldəyişdirici qurğu qoyulacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.
Xatırladaq ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabrın 8-də start verilib. Bu günə kimi 3,3 kilometri Nərimanov – Böyükşor mənzilində, 1 kilometri Bakı sərnişin stansiyasında olmaqla, cəmisi 4, 3 km uzunluğunda yol qoyulub, eləcə də 2 dəst yoldəyişdirici qurğu quraşdırılıb.
Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












