Bakı polisi pakistanlı Şeyxi axtarır

Pakistan vətəndaşı öz həmvətənlisini yad ölkədə sənədsiz və pulsuz qoyub. Azərbaycanda Pakistan vətəndaşı öz həmyerlisini aldadaraq iri məbləğdə pulunu götürüb aradan çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib. 1970-ci il təvəllüdlü Pakistan vətəndaşı Rizvi Atamasardar Hüssayn rayonun 17-ci polis bölməsinə müraciət edib. Kişi bildirib ki, 2016-cı ilin noyabrında onun həmvətəni Şeyx Mübaramac Sakeel onu aldadaraq fırıldaq yolu ilə 20 min dollarını alıb. Hüssaynın sözlərinə görə, Şeyx söz verib ki, ona ABŞ-a viza almağa kömək edəcək. Həmçinin, onun Amerikada iş yeri ilə təmin olunmasına köməklik göstərəcək. Pakistanlı Şeyx həmyerlisi Rizvi Atamasardardan onun Azərbaycanda müvəqqəti olaraq yaşamasına imkan verən xarici pasportunu da alıb və başına belə oyun gətirib. Hələlik əməliyyatçılar sözügedən fırıldaqçını müəyyənləşdirməyiblər. Şeyxin Azərbaycan ərazisində olması barədə heç bir məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












