Bakı polisi Somalidən gələn idmançıları tapdı

Bakı polisi IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Somalidən olan idmançıları axtarır. "Sputnik Azərbaycan"-nın verdiyi məlumata görə, Somali Federativ Respublikasının iki vətəndaşı öz yığmaları ilə birlikdə vətənə qayıtmayaraq Azərbaycanda qalıblar. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, onların dəqiq harada olması ilə bağlı heç bir məlumat yoxdur. Axtarılan idmançıların adları hələ açıqlanmır. Yalnız bu idmançıların atlet-qaçışçılar olduqları məlumdur.
Qeyd edək ki, Somalidən olan nümayəndə heyətinin sayı az olub - cəmi səkkiz idmançı. Məlumdur ki, 800 metrlik məsafəyə qaçışda Somalidən olan idmançı Əhməd Adissalam iştirak edib və 12-ci yeri tutub. 1500 metr məsafəyə qaçışda isə Həssən Əli 16-cı yeri tutub. Ancaq məhz bu idmançıların geri qayıtmadığı dəqiq bəlli deyil. Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, gec-tez idmançılar tapılacaq və öz ölkələrinə deportasiya ediləcəklər. Güman edilir ki, əcnəbilər Azərbaycan vasitəsilə üçüncü ölkəyə getmək üçün burada qalıblar. Somalidən olan atletlərin yoxa çıxması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin əməkdaşları xəbərdar ediliblər.
Qeyd edək ki, hazırda Somalidə silahlı toqquşmalar davam edir. Beynəlxalq KİV-in yazdığına görə, ölkədə faciəli vəziyyət hökm sürür, ərzaq çatmır və buna görə qaçışçıların vətənə qayıtmaq istəməməsi təəccüblü deyil.
***
Bakıda itən Somali idmançıları bu gün vətənlərinə yola salınıb. Virtualaz.org-a Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Somali idmançıları yarışların bitməsindən dərhal sonra Azərbaycan rayonlarından birinə yollanmağa və orada istirahət etməyə qərar veriblər. Nəticədə, idmançılar reyslərinə gecikiblər və ölkələrinin nümayəndə heyəti ilə birlikdə vətənlərinə qayıda bilməyiblər. Lakin bu gün DİN əməkdaşlarının müşayiəti ilə onlar hava limanına yola salınıb və oradan vətənlərinə yola düşüblər.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










