Bakı polisindən mitinq xəbərdarlığı - “Qarşısı alınacaq!”

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq.
Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”.
Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda yürüş keçirməklə bağlı qərar qəbul edib, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












