“Bakı qarlı havaya heç vaxt hazır olmayıb”– EKSPERT QURUMLARI TƏNQİD ETDİ - VİDEO

Dünəndən yağan qar paytaxt həyatını iflic edib. Vətəndaşlar yollarda baş verən qəzaların qurumların fəaliyyətsizliyi ilə əlaqələndirir.
Avtosfer.az xəbər verir ki, ötən gün axşam saatlarından Bakı küçələrinin ağ örpəyə bürünməsi həm sürücülərin, həm də piyadaların şəhərdə hərəkətini xeyli çətinləşdirdi. İcra hakimiyyətlərinin təbiət hadisəsinə çevik reaksiya verməməsi şəhər sakinlərinin gərəkən ünvanlara çatmasına mane olur, səkilərdə, yollarda yıxılanlar ən yaxşı halda yüngül xəsarətlərlə canlarını qurtara bilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Bakı şəhəri qara heç vaxt hazır olmayıb:

"Dünən yağan qar da bir daha göstərdi ki, aidiyyəti qurumlar belə havaya hazır deyil. Qara tez təslim olurlar və vaxtında müdaxilə etmirlər. Bu qurumlar nə qədər gördükləri işdən şəkil çəksələr də, bir nöqtədə dayanıb şou göstərsələr də, bu qarlı küçələrə qarşıkütləvi mübarizə üsulu deyil. Mən qarın təmizləməsində iştirak edən vətəndaşlarımızın əziyyətini yerə vurmaq istəmirəm. Dünən Kənar dairəvi yolu, avtovağzalın qarşısını qısa müddətdə buz bağladı. Qəzalar baş verdikdən sonra yol polisi ora müdaxilə edəndən sonra yol təmizləyənlər gəlib və xidmətə başlayıb. Amma kifayət qədər normal iş görə bilmədilər. Gecə boyu da orada xeyli qəza baş verdi. Bütün bunlar aidiyyəti qurumların məsuliyyətsizliyinin nəticəsidir".
Elməddin Muradlının qarlı hava zaman paytaxtda baş verənlərlə bağlı şərh etdiyi həmin canlı yayımdan olan hissəni sizə təqdim edirik:
Səfər
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










